Ərdoğandan Əliyevə tərif dolu sözlər:

Xəbər verdiyimiz kimi, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

Metbuat.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitinin yekunları üzrə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Türk Dünyasının Ali Ordeni ilə təltif edib. Türkiyə dövlətinin başçısı bu ordenlə təltif edilməsinə görə minnətdarlığını və qürur duyduğunu bildirib.

O, həmçinin Qarabağda görülən işlərdən danışıb. Ərdoğan İlham Əliyevin qısa zamanda əldə etdiyi uğurları ilə fəxr etdiyini deyib:

"Qarabağda çox ciddi mübarizə aparan və bu mübarizəni ən yaxşı şəkildə davam etdirən İlham Əliyev qardaşımın 2 ildir bu mübarizədə nələr qazandığını, nələri ortaya qoyduğunu görürük. Orada baş tutan tədbirlərə qatılaraq nələrin edildiyini yerində görmək imkanım oldu. Bunları görən zaman bir türk olaraq fəxr etdim. Qısa zamanda belə bir uğur bizlər üçün bir qürurdur".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR