Nazir uşaq pulu məsələsindən danışdı -

"Uşaq pulu ilə bağlı dəfələrlə açıqlama vermişəm, bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir".

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Həmin həssas uşaqlar ünvanlı sosial yardım, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi", - nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR