DİN: "BŞİH qarşısında icazəsiz aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb"

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16 radələrində bir qrup şəxs BŞİH-in binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR