Gəncədə ər arvadının gözlərini çıxaran zaman qaynana da evdə olubmuş -

Xəbər verdiyimiz kimi, Gəncədə həyat yoldaşının gözlərini çıxaran ər sonra intihar edib.

Metbuat.az "ARB xəbər"ə istinadən xəbər verir ki, hadisə baş verən zaman qaynana da evdə olubmuş. Lakin o, eşitmə qabiliyyəti zəif olduğu üçün baş verənlərdən xəbərsiz olub.

Zərərçəkmiş Hüsniyyə Quliyeva bildirib ki, əri əvvəlcədən plan qurub: "Qızımı qonşuya yolladı. Özü belə plan qurmuşdu. Oğlum isə işdə idi".

Baş verənlərdən sonra görmə qabiliyyətini itirən Hüsniyyə Quliyeva bir ay imiş ki, qızı ilə atasının evində yaşayırmış. O, yoldaşının barışıq cəhdinə şans vermək üçün geri qayıdıb:

"Dedim boşanmaq istəyirəm. Bunu deyəndə vurdu məni. Yerə yıxıb üstümə oturdu. Nə qədər qışqırsam da, əli ilə ağzımı tutdu".

Qeyd edək ki, faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR