“Soğansız yemək yemirəm”

“Soğansız yemək yemirəm”
12:56 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Samira Allahverdi şirniyyat və turşu yemir.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi formada qalmaq üçün bəzi qidalardan imtina etdiyini deyib:

“Ciddi pəhriz saxlamıram, amma yeməyimə fikir verirəm. Şirniyyatı heç ürəyim istəmir. Acını sevirəm. Acı bibər yeyirəm, gözümdən yaş axır, amma ləzzət alıram. Yeməyi soğansız yeyə bilmərəm. Çayı çox sevirdim. Amma bir ildir çay da içmirəm. Mənə köp verirdi. İndi müxtəlif otlardan hazırlanan çaydan istifadə edirəm. Səhər acqarnına iki stəkan su içirəm. Bu çox xeyirlidir. Bunlardan əlavə, idmanla məşğul oluram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR