Kitab sərgisində maraqlı anlar -

Noyabrın 11-dən Gəncədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən II Gəncə Kitab Sərgisi keçirilir.

Metbuat.az xəbər verir ki, sərginin ikinci günündə maraqlı anlar yaşanıb. Belə ki, sərgidə bu gün toyu olan cütlük bəy və gəlin libasında sərgidə iştirak edib.

Bu barədə yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq paylaşım edib: "Gəncə kitab sərgisinin sürprizi. Yeni ailə quran gənclər sərgini ziyarət etdi, naşirlər onlara kitablar hədiyyə etdi", - deyə o qeyd edib.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Urban" Mərkəzində təşkil olunan II Gəncə Kitab Sərgisi noyabrın 13-də yekunlaşacaq.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR