6 nəfərin ölümünə səbəb olan terroru törədən qadın saxlanıldı -

Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

Metbuat.az Habertürk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, partlayışa səbəb olan bombanı qoyan şəxs artıq saxlanılıb:

"Tədqiqatlarımız çərçivəsində terror təşkilatı PKK/PYD tərəfindən törədilib. Yaxın gələcəkdə bu ağrını yaşadanların getdikcə daha çox ağrı yaşaya biləcəyi bir cavab göstərəcəyik. Şəhidlərimizin ruhu şad olsun. Məkanları cənnət olsun. Ailələrinə, yaxınlarına, dostlarına və millətimizə başsağlığı veririk", - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Həmçinin oxuya bilərsiniz: Partlayış törədən qadının görüntüsü yayıldı - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR