İstanbulda terror aktı törədən qadının evində tapılanlar təəccübləndirdi: Külli miqdarda... -

İstanbulda terror aktını törədən qadının zərərsizləşdirilməsi ilə bağlı yayılan görüntülərdə onun qaldığı evdə külli miqdarda pul və qızıl əşyalarının olması müşahidə edilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, axtarışlar zamanı evdə odlu silah da tapılıb. Məlumata görə, qadın ötən gün axşam saatlarında terror aktından bir neçə saat sonra zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Terror aktındın PKK tərəfindən təşkil edildiyi bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR