Millinin oyunçusu dünya çempionatı öncəsi ŞOK YAŞADI -

Qətərdə keçiriləcək dünya çempionatında Polşa milli komandasının heyətində yer alan Bartlomiej Draqovski zədələnib.

Metbuat.az xəbər verir ki, İtaliyanın “Spezia” klubunun qapıçısı olan Bartlomiej Draqovskinin “Hellas Verona” ilə oyunda ayaq biləyi qırılıb. O, rəqib oyunçu ilə ikili mübarizədə zədə alıb. 25 yaşlı qapıçı zədə səbəbilə mövsümün sonuna qədər meydana qayıda bilməyəcək. Qarşılaşma “Spezia”nın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Bartlomiej Draqovski Polşa millisinin heyətində yer alan 3 qapıçıdan biri idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR