Şəmkirdə nişanlandığı deyilən qızın valideynləri polisə çağırılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları artıq həmin qızın ünvanını müəyyəşləşdirib və onunla söhbət aparıb:
"Qız elçilik mərasimini təsdiqləyib, tezliklə nişan olacağını deyib və valideynləri toyu onun 18 yaşı tamam olandan sonra edəcəyini söyləyib. Bütün bunlara baxmayaraq, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət edilib. Onlarla profilaktiki söhbətlər aparılacaq. Qanun tələbləri valideynlərin diqqətinə çatdırılacaq. Onlara bildiriləcək ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha daxil olması məsuliyyət yaradır. Bu məsuliyyət də hazırda valideynlərin üzərindədir”.
12:10
Şəmkirdə 15 yaşı tamam olmayan qız 26 yaşlı əmisi oğluna ərə verilir.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
O qeyd edib ki, əlində fotolar var, məsələnin araşdırılması üçün Daxili İşlər Nazirliyinə məlumat verəcək.