Ukraynanın tək şərti var -

Ukrayna Rusiya ilə danışıqları bərpa etmək üçün tək şərt irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zaluyjniy açıqlama verib. O bildirib ki, Rusiya işğal altındakı bütün ərazilərdən çıxmasa, Moskva ilə danışıqlar aparılmayacaq. “Müzakirələr üçün tək şərt budur deyən” Zalujniy, Ukrayna ordusunun təşəbbüsü ələ keçirməsinə diqqət çəkib.

Qeyd edək ki, Rusiya ordusunun Xersondakı müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkməsinin danışıqlara başlamaq üçün jest olduğu irəli sürülmüşdü. Ukrayna isə iddiaları rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR