Rusiya önəmli itkilər verməkdən çəkinmir -

“Rusiyanın gücünü aşağılayaraq səhvə yol verə bilmərik”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Ukraynadakı uğursuzluğa baxmayaraq, Rusiya ordusunun bacarıqları var və ordu çox sayda birlikdən ibarətdir. Stoltenberq bəyan edib ki, Rusiyanın Xersondan çəkilməsi NATO-nun Ukraynaya verdiyi dəstəyin nəticəsidir. “Rusiya önəmli sayda itkilər verməyə hazırdır” deyən Stoltenberq, Moskvanın Ukrayna planı üçün savaşmaya davam etdiyinə diqqət çəkib.

Stoltenberq işğaldan azad edilmiş ərazilərdə rusların ciddi dağıntılara səbəb olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR