"Azərbaycanla Albaniya arasında yeni enerji əməkdaşlığı formalaşa bilər" -

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gəlib.

Metbuat.az-ın məlumatına görə, iki ölkə arasında son dövürlər iqtisadi əlaqələrin inkişaf etdiyini bildirən millət vəkili Vüqar Bayramov deyir ki, 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 11 dəfə artaraq 4 milyon 951 min dollara çatıb.

"Bu ilin ilk 9 ayında isə ölkələr 1 milyon 456 min dollarlıq ticarət həyata keçiriblər. Bununla belə, ölkələr arasıda ticarət potensialı daha yüksəkdir və Azərbaycan Prezidentinin səfərindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Eyni zamanda, Albaniya Azərbaycan mavı qazını almaq istəyən ölkələrdəndir. Gözlənilir ki, ölkələr arasında yeni enerji əməkdaşlığı formalaşacaq və Azərbaycan Avropada ittifaqa üzv olmayan dövlətlərin də enerji təhlükəsizliyinə xüsusi töhvə verəcək".

Vüqar Bayramov onu da vurğuladı ki, Albaniya TAP kəməri vasitəsi ilə Azərbaycan qazını idxal etmək imkanına malikdir.

"Bildirmək istərdim ki, Azərbaycan bu il Avropaya 11.5 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. 2026-cı ilədək “qoca qitəyə” mavi qaz nəqlinin 2 dəfə artırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR