"Soyuq müharibə" istəmirik -

“Ukrayna müharibəsinin ikinci “soyuq müharibə”yə səbəb olmasına imkan verməməliyik”.

Metbuat.az xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo G20 sammitindəki çıxışı zamanı deyib. O bildirib ki, G20 dövlətləri dünyanın çətin dövründə problemləri həll etmək üçün qəti həmlələr etməlidir. Prezident bildirib ki, problemlərin həlli üçün bütün dövlətlər birgə çalışmalıdır. Onun sözlərinə görə, G20 iqtisadi problemləri olan ölkələri dəstəkləməli, iqtisadiyyatı bərpa etmək üçün işləmələdir.

“Məsuliyyətli olmaq müharibəni bitirmək mənasına gəlir. Müharibə bitməsə dünyanın problemlərini həll etmək çətin olacaq. Dünya ikinci “soyuq müharibə”yə imkan verməməlidir” - İndoneziya Prezidenti deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR