"Nant" "Qarabağ"la oyuna görə bu

UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.

Metbuat.az xəbər verir ki, cəzaya səbəb "Nant" azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la matçındakı hərəkətləri olub. Klub ev oyununda "Bojuar" stadionunda ictimai keçid yollarının bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib.

Bundan əlavə, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də xəbərdarlıq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR