Ərdoğan:

""Rusiya istehsalıdır" deməklə təxribat metodundan istifadə etmək düzgün deyil".

Metbuat.az Haberglobal-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

"Mən Rusiyanın bəyanatına hörmət etməliyəm. Rusiyanın "bizlik deyil" açıqlaması bizim üçün kifayətdir. "Rusiya istehsalıdır" deməklə təxribat metodundan istifadə etmək düzgün deyil. Bayden dedi ki, "Raketlər Rusiya istehsalı deyil", nəzərdən keçirilməsi vacibdir", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR