Liderlərin toplaşdığı İndoneziyada 6 ballıq

İndoneziyada 6 bal gücündə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, yeraltı təkanlar ölkənin Sumatra adasının sahillərində qeydə alınıb.

Dağıntı və insan tələfatı barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, İndoneziyanın Bali adasında G20 liderlərinin IX Zirvə Görüşü keçirilir.

Xatırladaq ki, 2004-cü ildə də İndoneziyanın Sumatra adası yaxınlığında baş verən şiddətli zəlzələdən sonra sunami fəlakəti olmuşdu. Nəticədə 226 min insan təbiət hadisəsinin qurbanı olmuşdu .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR