Polşa Rusiyaya nota verdi

Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Polşa XİN-in rəsmi tviter səhifəsində qeyd olunub. Rusiya Silahlı Qüvvələri tərəfindən 15 noyabr 2022-ci il tarixində növbəti dəfə bütün Ukrayna ərazisi və vacib infrastruktur obyektləri uzunmüddətli raket atəşinə tutulub:

"Saat 03:40-da Rusiya istehsalı olan raket Polşanın Lyubelskoye əyalətinin, Qrubeşuv rayonunun Prjevoduv kəndinə düşüb və iki nəfər Polşa vətəndaşının ölümünə səbəb olub. Bu səbəbdən də Polşa XİN rəhbəri Zbiqnev Rau Rusiya səfirini çağıraraq, təcili surətdə ətraflı izahat verməsini tələb edib", - deyə XİN bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR