4 yaşında valideynlərini itirən soydaşımız müharibədə

Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı öz feysbuk hesabında məlumat yayıb. O bildirib ki, 33 yaşlı soydaşımız Sabir Qənzəfərov döyüşlərdə qəhrəmancasına həlak olub:

"Ukraynanın ərazi bütövlüyü uğrunda daha bir soydaşımız canından keçdi. 33 yaşlı Sabir Qənzəfərov azərbaycanlı olsa da, əsl ukraynalı kimi öldü. Sabir yetim idi, 4 yaşında olarkən hər iki valideynini itirmişdi. Çox faciəli həyatı olsa da, özünü nümunəvi və cəmiyyətə faydalı bir vətəndaş olaraq yetişdirmişdi. Onun sevdikləri və yaxınları uğrunda ən dəyərlisini-canını verdiyi Ukrayna xalqıdır".

Bir 1 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR