“Stomotologiya eyni zamanda həm həkim, həm də rəssam ola biləcəyin bir peşədir”-

Yaratdığı gözəl təbəssümlərlə tanınan və instaqramda 200 mindən çox izləyicisi olan Dr. Eyüp Çelik dünyanın ən trend diş həkimlərindən biridir.

Gənc yaşlarından sənətə və yaradıcıllığa böyük həvəsi olan Eyüp Çelik, valideynlərinin istəyi ilə həkim olur. Etdiyi seçim isə həm onu, həm də valideynlərini razı salır. Stomotologiyanı üzrə ixtisaslaşan gənc həkim öz peşəsini elmlə sənətin vəhdəti hesab edir.

Onun peşəsi ilə bağlı fəlsəfəsi isə belədir: “Mövcud olanın ən yaxşısını götür və onu daha da yaxşılaşdır. Mövcud olmayanda isə onu dizayn et”

Eyüp Çelik hesab edir ki, insanların təbəssümlərini gözəlləşdirməklə yanaşı, psixologiyasını da yaxşılaşdırmaq bir diş həkiminin vəzifəsidir.

Türkiyənin tələbatlı estetik və kosmetik stomatoloqu Dr. Eyüp Çelik 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin "The Celebrity Dentist" nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR