NATO Polşaya raket zərbəsi ilə bağlı yekun qərarını açıqladı -

“Polşaya bilərəkdən hücum edildiyinə dair əlamət yoxdur”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında belə bildirib. O qeyd edib ki, əldə edilmiş sübutlar Polşaya raketin bilərəkdən atılmadığını ortaya qoyur. Stoltenberqin sözlərinə görə, Rusiyanın NATO-ya hücum etməyə hazırlaşması ilə bağlı əlamət yoxdur.

“Polşaya raketin Ukraynanın müdafiə sistemləri tərəfindən atıldığı güman edilir. Lakin bu Ukraynanın səhvi deyil. Rusiya bu mənasız müharibəni dayandırmaq məcburiyyətindədir”- Stoltenberq deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR