Şəhər, qəsəbə və kənddaxili küçə və yolların təmiri ilə bağlı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bəzi küçə və yolların yararsız vəziyyətdə olması ilə bağlı məlumat yayıb.

Metbuat.az-a bu barədə Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

"Son günlər havaların yağmurlu keçməsi ilə əlaqədar Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili bəzi küçə və yolların yararsız vəziyyətdə olması ilə bağlı şikayətlərin artımı müşahidə olunur. Demək olar ki, hər gün sosial şəbəkələr və kütləvi informasiya vasitələrində bununla bağlı məlumatlar verilir. Təbii ki, yol haqqında danışıldıqda ilk olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xatırlanır. Lakin qeyd etmək istərdik ki, Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolları agentliyimizin balansında deyil və qeyd olunan küçə və yollara (bəzi mərkəzi küçələr istisna olmaqla) tərəfimizdən xidmət göstərilmir.

Bakı şəhərinin qəsəbədaxili, həmçinin respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolların tikintisi və təmiri yerli strukturların (yerli icra hakimiyyəti və yerli bələdiyyələrin) aidiyyəti üzrə təqdimatı əsasında baş tutur", - Agentlik qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR