İcazə noyabrın 15-i başa çatdı:

Əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi. Ötən il bu qadağanın ləğv edilməsi ilə bağlı ''Yol hərəkəti haqqında'' qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunsa da, bununla bağlı standart hələ də müəyyən edilməyib.

Metbuat.az xəbər verir ki, millət vəkili Vüqar İskəndərov "Xəzər Xəbər"ə deyib ki, ötən il Milli Məclisin plenar iclasında sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin, yəni pərdə və ya plyonkaların çəkilməsi qaydası müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır. Vüqar İskəndərov hesab edir ki, çaşqınlıq yaradan bu məsələ tez bir zamanda həllini tapmalıdır.

Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi məlum deyil. Amma bunun standartı müəyyən edilməsə də, daxili işlər nazirinin göstərişi ilə yol polisi iki ildir avtomobilin arxa yan şüşələrində olan pərdə və plyonkaya görə sürücüləri cərimə etmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR