Qaçırdığı qızla üç gün sonra evlənəcəkdi -

Şəmkirdə yanğın baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Kənd sakininə məxsus evdə yanğın olub. Bu zaman rayon sakinləri 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilibər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Məlumata görə, yanğına səbəb Elmar İsmayılovun yataq ortağında çəkdiyi siqaretin yatağa düşməsi olub. Elə hadisə də bundan sonra baş verib.

Qeyd edilib ki, Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. 3 gündən sonra onların toyu olacaqmış.

Hazırda hadisənin baş verməsi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR