İranda terror hücumları başladı -

İranın Huzistan əyalətində 5 nəfərin ölümünə səbəb olan hücumdan sonra İsfahan əyalətində növbəti atışma qeydə alınıb.

Metbuat.az xəbər verir ki, naməlum şəxslər təhlükəsizlik əməkdaşlarına atəş açıb. Nəticədə 2 nəfər həlak olub. 3 nəfər yaralanıb. Bildirilir ki, naməlum şəxslər əraziyə motosikletlə gəliblər. Hadisənin kimlər tərəfindən təşkil edildiyi məlum deyil.

Qeyd edək ki, Huzistan əyalətində Məhza Əmininin ölümünə etiraz məqsədi ilə təşkil edilən aksiyaya toplaşan innsanlar hücuma məruz qalmışdı. Motosikletlə əraziyə gələn silahlılar polislərə və nümayişçilərə atəş açmışdı. Rəsmi dairələr hadisəni terror aktı kimi dəyərləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR