"Fransa Senatının qəbul etdiyi qətnamə sülh prosesinə zərbədir" -

"Bu gün Azərbaycan yaranmış yeni reallıqları dünya ictimaiyyətinə bəyan edərək bu istiqamətdə çoxvektorlu xarici siyasətdən istifadə etməklə bütün vacib platformalarda öz mövqeyini qətiyyətlə qorumaqdadır".

Metbuat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O, qeyd edib ki, Azərbaycanın xarici siyasətində önəmli istiqamət hər-hansı bir ölkənin balacalığı, böyüklüyü ilə bağlı deyil, əsasən həmin ölkənin dünyanın formalaşan yeni siyasi arxitekturasında müəyyənləşdirdiyi yeri ilə bağlıdır:

"2020-ci ildən, yəni İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqların yaranmasına imza atdı. Əldə olunan möhtəşəm Zəfər vasitəsi ilə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının beynəlxalq platformalardakı çoxillik fəaliyyətini nümayiş etdirərək qəbul olunmuş məlum 4 qətnamələrin icrasını təmin etdi. Beləliklə, həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail oldu.

Cari ildə gördüyümüz ondan ibarətdir ki, post müharibə dövrünün öz çağırışları, yanaşmaları var. Bu baxımdan Azərbaycan 30 illik xarici siyasətində artıq bəzi məsələlərdə yeni yanaşma tətbiq edir. Azərbaycanın, Azərbaycan xalqının milli maraqlarının təmin olunması üçün Prezident İlham Əliyev bütün ikitərəfli və çoxtərəfli görüşlərdə sülhə, əmin-amanlığa, firavan gələcəyə doğru öz qətiyyətli mövqeyini ortaya qoyur.

Lakin, bəzi dövlətlərin, xüsusilə də Fransanın həm danışıqlarda yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, eyni zamanda sonradan müxtəlif vasitəsilərlə Azərbaycanı işğalda ittiham etməsi, bu məsələlərdə artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə bir siyasətçi kimi Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi xəyanət, hörmətsizlikdir.

Ümmumiyyətlə Fransa-Azərbaycan münasibətləri son 30 ildə prinsip etibarı ilə ancaq və yalnız inkişafa doğru köklənmişdir. Bu münasibətlərdə Azərbaycan hər zaman Fransanı Avropanın mədəni paytaxtı olaraq bir sıra məsələlərdə, yaradılan mexanizmlərdə daha çox dəstəkləməyə çalışıb. Baxmayaraq ki, Azərbaycan post müharibə dövründə Sülh Sazişinin imzalanması üçün Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməyə imkan yaratdı, biz nəticədə Fransa prezidentinin həmin əldə olunmuş fürsətdən istifadə etməkdənsə Azərbaycanı qaralamaqla məşğul olduğunun şahidi olduq.

Hər bir siyasi liderə müvəffəq olmur ki, o öz xalaqının maraqlarını təmin etmək üçün düzgün qərarlar versin. Təssüf olsun ki, Emanuel Makronun Azərbaycanla bağlı münasibətlərdə ortaya qoyduğu səriştəsiz mövqe bu günə qədər formalaşmış münasibətlərə böyük zərbə vurur. Hətta Fransa artıq Avropa İttifaqının daxilində belə söz sahibliyini itirir. Bu, Fransa liderinin mövcud məsələlərə qeyri-adekvat münasibət göstərdiyinin əyani sübutudur.

Keçdiyimiz günlərdə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi, özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, qeyri-səmimi, o cümlədən riyakar mövqe ehtiva edən qətnamə Fransa ilə Azərbaycan arasında götürülmüş ikitərəfli öhdəliklərin kobud şəkildə pozulması, uzun illərdir davam edən həm siyasi, həm də iqtisadi münasibətlərin sual altına qoyulmasıdır.

Bu, nəinki Fransa-Azərbaycan münasibətlərinə, eyni zamanda bu günə qədər Avropa İttifaqı vasitəsilə həyata keçirilmiş bütün görüşlərdə 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın bütün bəndlərinin tam icra olunması ilə bağlı əldə olunmuş birgə razılaşmalara, bu istiqamətdə göstərilən səylərə, ümmumiyyətlə sülh istiqamətində atılan bütün addımlara böyük zərbə, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı edilən saymamazlıq, hörmətsizlikdir.

Qəbul olunmuş qətnamə Azərbaycan xalqının hiddtinə səbəb olmuş, Milli Məclisin də deputatları tərəfindən Fransa-Azərbaycan münasibətlərinin dayandırılması, mövcud əlaqələrə yenidən baxılması kimi radikal fikirlər, təkliflər səsləndirilmişdir. Azərbaycan Respublikası Parlamentinin Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq qəbul etdiyi 16 noyabr 2022-ci il tarixli Bəyanat hesab edirəm ki, Azərbaycan xalqının fikirlərini əks etdirir, habelə bu gün ölkəmizə qənim kəsilən qüvvələrə açıq xəbərdarlıqdır".


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR