Avropa "Taxıl sazişi"nin müddətinin uzadılmasından məmnundur

Avropa “Taxıl sazişi”nin müddətinin uzadılmasını məmuniyyətlə qarşılayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen açıqlama verib. O bildirib ki, Avropa Birliyi Ukraynadakı müharibəyə baxmayaraq, qida qiymətlərinin aşağı düşməsi üçün səylərini davam etdirir. Ursula Fon der Leyen “Taxıl sazişi”nin müddətinin uzadılması görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və BMT-nin Baş katibi Antonio Quttereşi təbrik edib.

Onun sözlərinə görə, indiyə qədər Ukraynadan 10 milyondan çox taxıl ixrac edilib. Ursula Fon der Leyen sazişin müddətinin uzadılmasının taxıl və gübrəyə ehtiyacı olan ölkələr üçün şad xəbər olduğunu ifadə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR