Özbəkistanın beynəlxalq tərübəli LOR mütəxəssisi Dr. Kamol Matkuliyev ölkəmizdə təltif olundu -

Bir sıra xəstəliklər müalicə olunmazsa xroniki hala gəlir və fizioloji inkişafa mənfi təsir göstərir. LOR-xəstəlikləri çox zaman keçirilmiş virus infeksiyalarının ağırlaşması ilə yaranır və zəifləmiş immunitet sistemində inkişaf edir. Kamol Matkuliyev bu sahədə Özbəkistanın beynəlxalq təcrübəli həkim otorinolarinqoloqudur.

LOR mütəxəssisi olmaqla atasının yolunu davam etdirən həkim İkinci Daşkənd Dövlət Tibb İnstitutunun tibb fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra LOR xəstəlikləri kafedrasının bazasında “Otorinolarinqologiya” ixtisası üzrə klinik ordinaturanı müvəffəqiyyətlə başa vurur. Tibb elmləri namizədi olan həkim əməliyyatların aparılması və xəstələrə düzgün qulluq üçün müasir metod və texnikaları təkmilləşdirməyə və tətbiq etməyə çalışır. Ümumilikdə 15 ildən çox təcrübəyə malik olan Kamol Matkuliyev 9 il müddətində Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi sahəsində Küveytin aparıcı klinikalarından birində çalışıb. Dünyanın aparıcı mütəxəssisləri ilə çiyin-çiyinə çalışan Kamol Matkuliyev xəstələrin idarə edilməsi və cərrahi aspektlər üzrə beynəlxalq təcrübə qazanıb.

Hazırada o, öz təcrübəsini Özbəkistanın aparıcı özəl klinikası olan "CASMED PREMIUM"da tətbiq edir və tibbi xidmətlərin inkişafına böyük töhfə verir.

Kamol Matkuliyev Özbəkistan və Küveyt Otorinolarinqoloqlar Assosiasiyasının üzvü olmaqla yanaşı beynəlxalq simpozium və konfransların iştirakçısı və 20-dən çox elmi məqalənin müəllifidir.

Kamol Matkuliyev 30 oktyabr 2002-ci ildə Global Health Awards layihəsində ilin “The Professional Ent Surgeon” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR