"Sabah"la səfər oyununda 54 oturacağı sındıran "Qarabağ" azarkeşləri klubu ziyana salıb.
Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" stadiona dəymiş maddi ziyanı tam qarşılamalıdır.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIV turunun "Sabah" – "Qarabağ" oyununu 10000 tamaşaçı izləyib. Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub.