Bıçaqlanaraq öldürülən tələbə ilə bağlı universitetdən

Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Lənkəranda arasında iki şəxs arasındakı mübahisə qətllə bitib.

Metbuat.az xəbər verir ki, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şöhlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Vəfat edən şəxs Lənkəran Dövlət Universitetinin Turizm işinin təşkili ixtisasının III tədris ili tələbəsi olub. Universitetdən bildirilib ki, insident tələbələr arasında kütləvi dava yox, tələbə ilə şəhər sakini arasında yaranan mübahisə nəticəsində baş verib

"Dərin təəssüf hissi ilə bildiririk ki, gecə saatlarında Lənkəran Dövlət Universitetinin Turizm işinin təşkili ixtisasının III tədris ili tələbəsi Tosif Şöhlət oğlu Nəsirov aralarında yaranmış insident səbəbindən şəhər sakini, 1992-ci il təvəllüdlü Seymur Elşad oğlu Bayramlı tərəfindən bıçaqlanıb. Ağır bıçaq yarası alan Tosif Nəsirov rayon mərkəzi xəstəxanasına çatdırılıb, amma çox təəssüf ki, göstərilən tibbi yardıma baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Bildirmək istəyirik ki, insident tələbələr arasında kütləvi dava yox, tələbə ilə şəhər sakini arasında yaranan mübahisə nəticəsində baş verib. Qeyd edək ki, T.Nəsirov universitetdə sakit təbiətli və yaxşı oxuyan tələbə kimi tanınır. Onun qətli universitetin bütün kollektivi üçün ağır itkidir. Hazırda qətlin səbəblərini Lənkəran rayon prokurorluğu araşdırır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR