Zelenski Ərdoğana təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski “Taxıl sazişi”nin müddətinin artırılmasına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və BMT-nin Baş katibi Antonio Quttereşə təşəkkür edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Rusiyanın manipulyasiyalarına baxmayaraq Ukrayna taxıl ixracını davam etdirəcək. Zelenskinin sözlərinə görə, bundan əvvəlki saziş dövründə Ukrayna 11 milyon tona yaxın qida məhsulları ixrac edib. Zelenskinin sözlərinə görə, qida böhranının aradan qaldırılması üçün Ukrayna danışıqları davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR