Meşədə dəhşətli hadisə: 300 nəfəri yedi -

Afrikada Nil çayı boyunca Qustave adlı timsahın 300 nəfəri yediyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, timsah xeyli sayda insana da xəsarət yetirib. Onların əksəriyyəti Tanqanika gölünün sahilində yerləşən qəsəbənin sakinləridir.Bildirilir ki, sənədli film çəkmək üçün əraziyə gələn şəxslər, timsahı tələyə salmaq üçün bir sıra tədbirlər görsə də, yırtıcını aldatmaq mümkün olmayıb. Çəkiliş heyətinin yem tələlərindən qaçan timsahın davranışları hamını heyrətə gətirib.

Yırtıcının həm “zəkası” həm də nəhəng olması onun tələlərdən xilas olmasına səbəb olub. Timsah təhlükəsinə görə sakinlər meşəyə daxil olmağa və çayın sahilinə getməyə çəkinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR