Polkovnik öldürüldü, Xomeyninin ev muzeylərinə od vuruldu -

İranın Bukan şəhərində aksiyalar zamanı naməlum şəxslərlə təhlükəsizlik əməkdaşları arasında toqquşma baş verib.

Metbuat.az İrna agentliyinə istinadən xəbər verir ki, silahlı toqquşma zamanı iki asayiş keşikçisi ölüb. Bundan əvvəlki toqquşmalar zamanı isə polkovnik öldürülüb. 1979-cu il inqilabının lideri ayətullah Ruhullah Musəvi Xomeyninin doğulduğu Xomeyn və Qum şəhərlərində də aksiyalar keçirilib. Nümayişçilər 2019-cu ildə qiymət artımına qarşı keçirilən aksiyalarda ölənlərin xatirəsini yad etmək üçün bir araya gəliblər.

Aksiya zamanı Xomeyninin ev muzeyləri yandırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR