Saleh Məmmədov Astarada vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Astara şəhərində vətəndaşları qəbul edib.

Metbuat.az quruma istinadən xəbər verir ki, qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların şikayətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR