"Özümdən böyüklərə salam verməyə utanıram" -

"Çox xoşbəxtəm, yaxşıyam. Biri instaqramda yazıb ki, insan xoşbəxt olmayanda o sözü deyir, acıq çıxmaq üçün. Həqiqətən xoşbəxtəm. Komplekslərdən xilas olmşam. İstədiyim görünüşdəyəm. Pozitivəm, şükür, hər şey yaxşıdır. Bunu efir xatirinə demirəm. Əvvəlki sakit, gözü yol çəkən Nigar qalmayıb".

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Səhərin səsi" proqramında deyib. Xanəndə sosial şəbəkədə ona yazılan şərhlərdən bəhs edib.

Muğamdan danışan Nigar "İncəsənət adamları həssasdır. Tez inciyirlər. Bəzən mübarizə aparmaqdan yorulursan və kənara çəkilirsən. Muğam məktəbi bitirmisənsə, ona eşqin varsa, inciyə bilməzsən. Bir də muğamın klipə ehtiyacı yoxdur. Muğam oxudunsa, seviləcək" sözlərini söyləyib.

Nigar onu yekəxana adlandıranlara da cavab verib:

"Mən dişləri çöldə gəzə bilmərəm. İnsan özünə hörmət qoymalıdır. Qadın dediyinin bir xanım obrazı olmalıdır. Mənim sadəliyimi tanıyan bilir. Özümdən böyüklərə salam verməyə utanıram, çəkinirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR