İran İngiltərəyə nota verdi

London səfirliyinin binasına hücumdan sonra İran Böyük Britaniya səfiri Saymon Şerklifi Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası verib.

Metbuat.az xəbər verir ki, bəyanatda səfirə “Böyük Britaniya hökumətinin Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyası çərçivəsində götürdüyü öhdəlikləri” xatırladılıb.

Səfir Şerkliff hücumdan təəssüfləndiyini bildirib və vəziyyəti Londona çatdıracağını və gələcəkdə belə problemlərlə qarşılaşmayacağına ümid etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR