Özbəkistanın öz sahəsində parlaq siması Şahnoza Musabekova Azərbaycanda təltif olundu -

Bu gün dünyada kosmetologiya sahəsi sürətlə inkişaf edərək ən tələbatlı sahələrdən birinə çevrilib. Hazırda estetik kosmetologiyada xüsusi seçilmiş preparatların köməyi və aparat üsulları ilə demək olar ki, bütün görünən qüsurları və yaşlanmanın əlamətlərini aradan qaldırmaq olur. Əlbəttə ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də yüksək məsuliyyət və bacarıq önəmli nüansdır. Bu sahədə Özbəkistanın ən yaxşılarından biri 12 illik təcrübəyə malik uğurlu kosmetoloq Şahnoza Musabekovadır.

Öz ölkəsində bu sahənin inkişafında əvəzsiz xidmətləri olan Şahnoza Musabekova, eyni zamanda Avropanın "Hroma" şirkətinin hialuron fillerləri üzrə distribyutoru və Erbium lazerini Özbəkistana ilk gətirənlərdəndir. Bu o deməkdir ki, ölkə mütəxəssislərini keyfiyyətli məhsullarla təmin etmək missiyası onun üzərinə düşür.

Öz sahəsində ölkəsinin ən yaxşılarından olan Şahnoza Musabekova Özbəkistanın aparıcı kosmetoloji klinikası "Premium Aesthetic"in və yüzlərlə gənc mütəxəssisin məzun olduğu “Premiyum Education” tədris mərkəzinin təsisçisidir.

2014-cü ildə tibbi kosmetologiyanın bir neçə istiqamətində fəaliyyətə başlayan "Premium Aesthetic" Avropa standartlarına uyğun Estetik Tibb mərkəzidir. 7 illik fəaliyyəti ərzində klinika 40 mütəxəssisdən ibarət komanda və dünya üzrə tanınmış 8 müasir cihazla 20 mindən çox məmnun pasiyentə xidmət göstərməyi bacarıb.

Dr. Şahnoza Musabekova 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Cosmetologist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR