Putin Tokayevi təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən Qazaxıstanın Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Metbuat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.

Məktubda yazılıb ki, Putin Rusiya və Qazaxıstan strateji münasibətləri təkmilləşdirməyə davam edəcəyinə əminlik ifadə edib.

Xatırladaq ki, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı Mərkəzi Seçki Komissiyasının yenilənmiş məlumatlarına əsasən, 69,44% təşkil edib. Eyni zamanda, səsvermə hüququna malik 11 milyon 953 min vətəndaşdan 8 milyon 300 min 46 nəfəri səs verib. Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentliyə 6 namizəd mübarizə aparıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR