İtkin düşən qadının meyiti tapıldı -

Cəlilabadda itkin düşən 46 yaşlı qadının meyiti tapılıb.

Metbuat.az xəbər verir ki, meyit rayonun Sabirabad kəndində, açıq ərazidə tapılıb. Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Xalidə Əliyeva 5 gün öncə itkin düşüb. Mərhumun meyiti Uzuntəpə kəndi ərazisində hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Məlum olub ki, o, qətlə yetirilərək meyiti kənddəki əkin sahələrindən birində basdırılıb. Meyit müayinə olunduqdan sonra adiyyatı üzrə təhvil verilib.

Kənd sakinlərinin sözlərinə görə, mərhum Xalidə Əliyevanın son günlər bir yerdə yaşadığı qardaşı Famil Əliyev və onun həyat yoldaşı ilə mülk üstündə mübahisələri yaranıb. Hətta o, bununla bağlı 1 ay öncə polisə şikayət ərizəsi ilə müraciət də edib.

Cəlilabad prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR