Bu ölkə başçısız qalıb -

Livanda həftələrdir prezidenti seçmək mümkün deyil.

Metbuat.az xəbər verir ki, məsələ barədə Livan ordusunun Baş Qərargah rəisi Cozep Avn bildirib ki, hərbçilər ölkədə sülh və sabitliyin pozulmasına imkan verməyəcək. Ölkənin müstəqillik günü ilə bağlı mesaj yayımlayan Avn qeyd edib ki, hansı məqsədlə olursa olsun ordu sabitliyin pozulmasına sülhün təhdid edilməsinə imkan verməyəcək. “Məqsədimiz Livan xalqını və torpağını qorumaqdır” - Avn deyib.

Qeyd edək ki, keçmiş Prezident Mişel Avnın səlahiyyət müddəti ötən ay başa çatıb. Parlament bir neçə həftədir ki, prezidenti seçə bilmir. Namizədlər lazımi qədər səs toplaya bilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR