İngiltərə millisi İranı darmadağın etdi -

Dünya çempionatının qrup mərhələsində İngiltərə İranı 6:2 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, "Xəlifə" stadionunda keçirilən görüşdə İngiltərə millisi qrupun İran yığması ilə qarşılaşıb. Hesabı 35-ci dəqiqədə Cud Bellingem açıb. 43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 65-ci dəqiqədə İran millisindən Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxıb. 71-ci dəqiqədə Markus Reşford rəqibi 5-ci dəfə məyus edib. 90-cı dəqiqədə Cek Qriliş hesab arasındakı fərqi artırıb - 6:1. Son nöqtəni isə 90+13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Taremi qoyub.

İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.

Qeyd edək ki, B qrupunun digər matçında ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR