Abşeronda ağır qəza -

Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Metbuat.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR