​Milyarder iş adamı saxlanılıb?

Milyarder iş adamı Fərhad Əhmədov hazırda Göyçaydakı bağ evindədir.

Metbuat.az xəbər verir ki, bu barədə Demokrat.az-a Fərhad Əhmədovun yaxını məlumat verib.

Məlumata görə, iş adamı ölkəni tərk etməmək barədə yazılı öhdəliyi ilə əlaqədar evindən kənara çıxa bilməz.

Mənbə həmçinin bildirib ki, Fərhad Əhmədovun evində axtarış zamanı milyarderin şəxsi istifadəsində olan mobil telefonları və kompüteri də hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeyd edək ki, bir neçə gündür tanınmış iş adamı Fərhad Əhmədovun saxlanılması ilə bağlı xəbərlər yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR