8 ildən sonra barışdılar -

Türkiyə və Misir Aralıq dənizində sərhədlərin müəyyən edilməsi ilə bağlı saziş imzalamağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, bu sazişin imzalanması Yunanıstanın Aralıq dənizi ilə bağlı planlarını iflasa uğradacaq. Məlumata görə, Qətərdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə əl sıxması iki ölkə arasında danışıqların rəsmən başladığını ortaya qoyur.

Qeyd edək ki, 8 il əvvəl Misirdə baş verən hərbi çevrilişə Türkiyə etiraz edərək, bu ölkə ilə əlaqələri dayandırmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR