Tvitter rekord vurdu

Tvitter sosial şəbəkəsi ötən həftə gündəlik 1,6 milyon aktiv istifadəçi sayına çataraq rekord qırıb.

Metbuat.az xəbər verir ki, bu barədə tvitterin yeni sahibi İlon Mask açıqlama verib. Onun sözlərinə görə, tvitterdə aktiv izləyici sayı 259,4 milyona çatıb. Bu isə tvitter tarixində rekord nəticədir. Mask həmçinin tvitterdə izləyicilərin marağına səbəb olacaq yeniliklərin olacağına ifadə edib.

Qeyd edək ki, amerikalı milyarder İlon Mask tvitteri 44 milyard dollara alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR