ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirilən illik Şükran Günü mərasimlərinin açılışı zamanı ənənəyə sadiq qalaraq iki hinduşkanı əfv edib.
Metbuat.az xəbər verir ki, Baydenin əfv etdiyi hinduşkaların adı Şokolad və Çipidir. Baydenin əfv etmə mərasimini bu hinduşkaların vətəni olan Şimali Karolina qubernatoru Roy Kuper, həyat yoldaşı Kristin və deputat Den Bishop izləyiblər. Ağ evi lideri mərasim zamanı insanları peyvənd olunmağa səsləyən mesajlar verməyi də unutmayıb.
“İki il əvvəl biz böyük ailə yığıncaqları ilə Şükran Gününü belə keçirə bilməzdik. Amma indi edə bilərik və bu irəliləyişdir. Gəlin bunu davam etdirək”, - deyə Bayden bildirib.
Qeyd edək ki, Bu ilki hinduşkalar, Şokolad və Çip həyatlarının qalan hissəsini Şimali Karolina Dövlət Universitetində yaşayacaqlar.