​Astanada Suriya üzrə danışıqların 19-cu turu başlayıb

Astanada Suriya üzrə danışıqların 19-cu turu başlayıb.

Metbuat.az xəbər verir ki, toplantıda Suriyadakı münaqişə tərəfləri ilə yanaşı zəmanətçi ölkələr - Türkiyə, Rusiya və İran tərəfi də iştirak edir. Məlumata görə, əvvəlcə tərəflər ayrı-ayrılıqda bir araya gəliblər. Toplantının müzakirə mövzuları humanitar məsələlər, siyasi danışıqlar, girovların sərbəst buraxılması, suriyalı qaçqınların vətənlərinə qayıtmasıdır. Həmçinin İdlib və Fərat çayının şərq sahilindəki vəziyyət də toplantının gündəmindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR