Türkiyədəki güclü zəlzələdə xəsarət alanların sayı artdı -

Türkiyənin Düzce vilayətindəki zəlzələdən sonra xəsarət alanların sayı 46-ya çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində ölən yoxdur.


08:58

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

Metbuataz xəbər verir ki, nəticədə 35 nəfər xəsarət alıb.

Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar İstanbul və Ankara şəhərləri daxil olmaqla ölkənin şimal-qərbində hiss olunub.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

Bir 16 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 6 nəfər və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR