İrəvanda Putinin səfərinə etiraz aksiyası olub

Ermənistanda Rusiya Prezidenti Vladimir Putinin səfərinə etiraz olaraq aksiya keçirilib.

Metbuat.az Hraparak nəşrinə istinadən xəbər verir ki, aksiya İrəvanda təşkil olunub. İştirakçılar Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun "persona-non-qrata" (arzuedilməz şəxs) elan edilməsini tələb edən plakatlar tutublar.

Qeyd edək ki, bu gün Putin KTMT-nin iclasında iştirak etmək üçün İrəvana səfər edəcək.

İrəvanda Putinə qarşı etiraz aksiyası - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR