İlon Maskın sərvəti rekord səviyyədə azaldı

Dünyanın ən varlı iş adamı olan "Tesla" və "SpaceX" kosmik texnologiya şirkətinin prezidenti, "Twitter"in sahibi İlon Mask 100 milyard dollar itirib.

Metbuat.az xəbər verir ki, cari ildə iş adamının sərvəti rekord səviyyədə azalaraq 169,8 milyard olub.

Buna səbəb isə "Tesla" səhmlərinin azalmasıdır.

Mask "Twitter"i alacağını elan etdikdən sonra investorlar narahat olmağa başlamışdılar. Onlar qeyd edirdilər ki, iş adamı "Twitter"də çox vaxt keçirəcək. Bu da "Tesla" səhmlərindəki enişi sürətləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR